“Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması”

15 May 2020
“Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması”

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE), “ENACTUS BEU” komandası və BMU Tələbə Elmi Cəmiyyətinin (TEC) dəstəyi ilə 16 may 2020-ci il tarixində “UniTalks” görüşü keçiriləcək.

BMU-nun Texnopark və İnnovasiya Mərkəzinin feysbuk səhifəsində (https://www.facebook.com/beutechnopark/) saat 15:00-da başlayacaq görüşün qonağı İTE-nin icraçı direktoru, “Yeni Fikir” startup yarışmasının təsisçisi, dosent İsa Qasımov olacaq.

“Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda təşkil olunacaq vebinarda bilik əsaslı yanaşma və ali təhsilin bu prosesdə rolu, dəyişən sosial-iqtisadi ehtiyaclar və insan kapitalının inkişafı, müxtəlif iqtisadi dövrlərdə bazar davranışları: ehtiyaclar və fürsətlər haqqında danışılacaq. Bununla yanaşı, təhsil, tədqiqat və innovativ sahibkarlığın əlaqəsi, elmin kommersiyalaşdırılması (texnologiyanın transferi) prosesində potensial risklər,  “INC” modeli və bazara uyğun ən doğru məhsulun hazırlanması, startapın formalaşması və inkişafı məsələlərindən bəhs olunacaq.

Digər elanlar