BMU-da “Qış Elm Festivalı” keçiriləcək

10 Dekabr 2019
BMU-da “Qış Elm Festivalı” keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) “Qış Elm Festivalı”na start verir.

26 dekabr 2019-cu il tarixində keçiriləcək festivalda universitet və orta məktəblərin komandaları öz elmi layihələri ilə çıxış edə bilərlər. İştirakçılar elmi yeniliklər, kəşflər və ixtiralar, tədqiqat nəticələri və ya maraqlı hesab etdikləri istənilən elmi mövzuda təqdimat etmək imkanına malikdirlər. Layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və uyğun layihələr festivala buraxılacaq. Sonda bütün iştirakçı və qaliblərə sertifikat, müxtəlif hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, təhsil aldığı fakültədən asılı olmayaraq bütün tələbələr elm festivalına qatıla bilərlər. Bir universitet və ya məktəbdən bir neçə komanda festivala qoşularsa, iştirak edəcək komandadan bir nəfərin qeydiyyat formasını doldurması kifayətdir. Qeydiyyat üçün son tarix 16 dekabr 2019-cu ildir.

BMU tələbələri üçün qeydiyyat linki:

https://forms.gle/9Biv3LrYLYQaiyPB8

Digər universitet və məktəblər üçün:

https://forms.gle/xs1j6mScLkMbN1fu7

Digər elanlar