BMU tələbələri üçün növbəti “Yay təcrübə proqramı”nda iştirak fürsəti

20 May 2020
BMU tələbələri üçün növbəti “Yay təcrübə proqramı”nda iştirak fürsəti

Norm ASC şirkəti tələbələrin elmi-texniki biliklərinin artırılması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 2020-ci il üçün ödənişli “Yay təcrübə proqramı” elan edir. Bu proqrama Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də müraciət edə bilərlər.

Təcrübə proqramına İnşaat materiallarının istehsal texnologiyası və tikintisinin təşkili, Kimya mühəndisliyi, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, İqtisadiyyat/Biznesin təşkili və idarə edilməsi, Nəqliyyatın təşkili və idarəoluması, Elektronika və avtomatika/ İstehsal proseslərinin avtomatlaşdırılması və s. ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavr və magistr tələbələri, həmçinin təhsilini 2018/2019-cu tədris ilində bitirmiş məzunlar qatıla bilər.

Proqramla bağlı tələblərə təcrübə keçməkdə məqsədi və gələcə karyera planlarını əks etdirən niyyət məktubunun yazılması, tələbə/magistr olduğunu təsdiq edən sənədin (tələbə/magistr bileti və ya diplom), eləcə də şəxsiyyət vəsiqəsinin surətin göndərilməsi və proqrama müraciət formasının doldurulması daxildir.

Müraciətlər 31 may 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına mövzu hissəsində uyğun gələn ixtisas adı qeyd edilərək göndərilməlidir.

Qeyd edək ki, tələb olunan sənədlər siyahısında olan “Təcrübə proqramına müraciət forması”nın doldurulması mütləqdir. 

Təcrübə proqramına müraciət forması

Digər elanlar