BMU tələbələri üçün “Praktikum” yay təcrübə proqramında iştirak fürsəti

05 May 2020
BMU tələbələri üçün “Praktikum” yay təcrübə proqramında iştirak fürsəti

Bravo supermarketlər şəbəkəsi “Praktikum” yay təcrübə proqramını elan edir.

Bakı Mühəndislik Universitetinin (BMU) IV kurs tələbələri, həmçinin 2018/2019-cu tədris ilinin bakalavr və magistr məzunları proqrama müraciət edə bilərlər.

2 ay davam edəcək proqram İT və biznes sistemləri, İnsan resursları və inzibati işlər, Maliyyə, Hüquq, Marketinq, Müştəri təcrübəsinin idarə olunması, Kommersiya (Planogram və qeyri-qida alışı), Satınalma və logistika, Mağaza əməliyyatları, Mağazaların inkişafı (elektrik və inşaat mühəndisliyi) və Təchizat zənciri şöbələrini əhatə edir. Təcrübə proqramı müraciətlərin qəbulu, test və qrup müsahibələri, eləcə də fərdi müsahibə olmaqla 3 seçim mərhələsindən ibarətdir.

“Praktikum” tələbələrin tədris prosesində əldə etdikləri bilikləri işgüzar həyatda tətbiq etməyə, həmçinin onların korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmalarına şərait yaradacaq. Təcrübədən yararlanmaq istəyən şəxslər https://forms.gle/jJbjaKdABCSZ3U2A6 linkindəki müraciət formasını dolduraraq 10 may 2020-ci il tarixinə qədər təsdiqləməlidirlər.

Proqram haqqında daha ətraflı məlumatı https://www.bravosupermarket.az/#/applicationForm linkinə daxil olaraq əldə etmək mümkündür.

Digər elanlar