“Distant təhsil” mövzusunda növbəti “UniTalks” görüşü

15 Aprel 2020
“Distant təhsil” mövzusunda növbəti “UniTalks” görüşü

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 15 aprel 2020-ci il tarixində “Distant təhsil” mövzusunda növbəti “UniTalks” görüşü keçiriləcək.

İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubovun moderatorluğu ilə Feysbuk üzərindən saat 19:00-da başlayacaq görüşün qonaqları BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev və Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev olacaq. Görüşdə distant təhsilin mövcud vəziyyətdə ölkəmizdə və BMU-da rolu haqqında söhbət aparılacaq.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı Texnopark və İnnovasiya Mərkəzi “UniTalks” görüşləri onlayn şəkildə keçirir.

Digər elanlar