Əziz tələbələr!

Əziz  tələbələr!

     Nəzərinizə çatdırırq ki, 9 oktyabr 2019-cu il tarixində Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

   Müqaviləyə əsasən BMU tələbələri üçün AMEA-nın struktur bölmələrinə daxil olan institutlarda və Yüksək Texnologiyalar Parkında (YTP) müxtəlif rezident laboratoriyalarında gənc mühəndis kimi  işləmək, həm də təcrübə qazanmaq imkanı yaradılmışdır. Bununla bağlı BMU-nun tələbələri arasında seçim müsabiqəsi elan edilir. Müsabiqənin seçimi AMEA və YTP mütəxəssisləri tərəfindən keçiriləcək.

     Qeydiyyat və əlavə məlumat üçün  Texnoparkda yerləşən İnnovasiya Mərkəzinə (204 nömrəli otağa) müraciət edə bilərsiniz.

 

Digər elanlar