İkili Diplom Proqramına (İDP) sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsi haqqında

İkili Diplom Proqramına (İDP) sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsi haqqında

E L A N

Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi və digər universitetlərdə təşkil olunan imtahanların tarix və saatını nəzərə alaraq Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universitetinin birgə təşkil etdiyi beynəlxalq İkili Diplom Proqramına (İDP) sənəd qəbulunun və onlayn daxili imtahan müsabiqəsinin yenilənmiş vacib tarixlərini və saatlarını diqqətinizə çatdırırıq:

1)    İkili Diplom Proqramına (İDP) onlayn sənəd qəbulu: 3-10 sentyabr 2020, saat 12:00-a qədər;

2)    İDP-yə sənədləri qəbul edilmiş abituriyentlərə İnha Universitetindən e-mail ilə növbəti mərhələlər haqqında təlimatların göndərilməsi: 10 sentyabr 2020/saat 12:00;

3)    İnha Universitetinin qəbul komissiyasının əməkdaşları tərəfindən İDP-yə qəbul olmaq istəyən abituriyentlər üçün daxili imtahan (riyaziyyat və fizika (yazılı) və ingilis dili (şifahi)) müsabiqəsinə hazırlıq barədə təlimatın detallı izahatı üçün onlayn seminarın təşkili (iştirak etmək çox vacibdir): 10 sentyabr 2020 / saat: 14.00-da;

4)    Hər biri 30 dəqiqə (cəmi 60 dəqiqə) olmaqla riyaziyyat və fizika fənnlərindən (hər fəndən 6 sual, cəmi 12 sual olmaqla) yazılı imtahan: 11 sentyabr 2020 / saat: 15.00-da;

5)    11 sentyabr 2020-ci il tarixində riyaziyyat və fizika fənnlərindən yazılı imtahanda iştirak etmiş, lakin imtahan prosesi zamanı internet əlaqəsi və ya hər hansısa bir texniki problem səbəbindən imtahanı uğurla tamamlaya bilməyənlər üçün yenidən imtahan: 12 sentyabr 2020 / saat: 10.00-da;

6)    Zoom platformasından istifadə edərək hər bir abituriyent üçün 7 dəqiqəlik ingilis dilindən şifahi imtahan: 13 sentyabr 2020 / saat: 9.00-da;

7)    Zoom platformasından istifadə edərək hər bir abituriyent üçün 7 dəqiqəlik ingilis dilindən şifahi imtahan: 14 sentyabr 2020 / saat: 9.00-da;

8)    Keçirilmiş bütün yazılı və şifahi imtahanların yoxlanması və cavabların hazırlanması: 15-16 sentyabr 2020;

9)    İnha Universitetinin daxili imtahanlarını uğurla keçmiş və yüksək nəticə göstərmiş 100 nəfər abituriyentin adlarının BMU-nun rəsmi internet saytında (www.beu.edu.az www.iro.beu.edu.az) elan edilməsi: 17 sentyabr 2020;

10) İnha Universitetinin daxili imtahanlarını uğurla keçə bilməyən abituriyentlərin apelyasiya komissiyasına müraciət etməsi üçün elektron ərizə qəbulu: 17 sentyabr 2020;

11) İnha Universitetinin apelyasiya komissiyasına müraciət etmiş abituriyentlərin baxılmış ərizələrinin yekunları haqqında məlumatın təqdim olunması: 18 sentyabr 2020.

12)  İDP-yə qəbul ola bilməyən abituriyentlər BMU-nun və ya başqa ali təhsil müəssisələrinin digər ixtisaslarına 17 sentyabr 2020-ci il tarixindən 20 sentyabr 2020-ci il tarixinə kimi DİM-in elektron ixtisas seçim prosesində iştirak edə bilərlər.

 

VACİB QEYD: 11.09.2020-ci il tarixində saat 15.00-da təşkil olunacaq yazılı imtahanda istifadə olunacaq “suallara cavab vərəqi”nin çapını hər bir abituriyent öncədən hazır etməlidir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universitetinin birgə təşkil etdiyi beynəlxalq İkili Diplom Proqramı (İDP) ilə bağlı əlavə məlumatı, nümunəvi sualları, təlimatı, həmçinin yazılı imtahanda istifadə olunacaq suallara cavab vərəqi”ni aşağıdakı linkdən əldə etmək olar.

http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

Bundan başqa, İDP ilə əlaqədar sualları ddp@beu.edu.az e-mail ünvanına və ya www.facebook.com/iro.beu.edu.az səhifəsinə ünvanlamaq mümkündür.

Digər elanlar