“Startapların COVİD-19-dan çıxış strategiyası” mövzusunda növbəti “UniTalks” görüşü

08 May 2020
“Startapların COVİD-19-dan çıxış strategiyası” mövzusunda növbəti “UniTalks” görüşü

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzi, ENACTUS BEU” komandası və BMU Tələbə Elmi Cəmiyyətinin (TEC) tərəfdaşlığı ilə 8 may 2020-ci il tarixində növbəti onlayn “UniTalks” görüşü keçiriləcək.

BMU-nun Texnopark və İnnovasiya Mərkəzinin feysbuk səhifəsində (https://www.facebook.com/beutechnopark/) saat 18:00-da başlayacaq görüşün israilli qonağı startap və akselerasiya eksperti Tal Catran olacaq. İngilis dilində təşkil olunacaq görüşdə o, gənc startapçı və sahibkarlara “Startapların COVİD-19-dan çıxış strategiyası” mövzusunda danışacaq.

Qeyd edək ki, TC Holdings platformasının qurucusu olan Tal Catran bu platforma üzərindən bir çox startapın, proqram təminatı sistemlərinin (software, hardware), həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. O, biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. T.Catran, həmçinin bir sıra sənaye, eləcə də iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə böyük motivasiya mənbəyidir.

İsrailli ekspert Azərbaycanda tez-tez böyük başlanğıc tədbirlərində əsasən aparıcı və moderator kimi iştirak edir, həmçinin İ2B və JAA-nın (Junior Achivement Azerbaijan) gənc sahibkarlarına məsləhət verir.

Digər elanlar