Tələbələr üçün Təcrübə-Könüllülük proqramında iştirak şansı

Tələbələr üçün Təcrübə-Könüllülük proqramında iştirak şansı

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) 2 aylıq Təcrübə-Könüllülük proqramına qəbul elan edir.

Təcrübə proqramı çərçivəsində tələbələr Abşeron DAİM-in iş metodları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Proqrama universitetin bütün tələbələri (oxuduğu ildən asılı olmayaraq) müraciət edə bilər. Proqramda iştirak edən tələbələrin dərs cədvəlləri nəzərə alınacaq və dərslərdən yayınmadan təcrübədə iştirak etmək üçün şərait yaradılacaq. Təcrübə proqramının yekununda tələbələrə Abşeron DAİM tərəfindən Təcrübə-Könüllülük proqramında iştirak etdiklərini təsdiqləyən sertifikat təqdim olunacaq. Bu proqram, eyni zamanda Abşeron DAİM və müvafiq dövlət orqanlarında işləmək üçün faydalı ola bilər.

Təcrübə-könüllülük proqramında iştirak etmək istəyən BMU tələbələri Abşeron DAİM (+99477 2990122 əlaqə nömrəsi) ilə əlaqə saxlaya bilərlər.

Digər elanlar