“TRİZ Kuboku-2019/2020” müsabiqəsi

05 Dekabr 2019
“TRİZ Kuboku-2019/2020” müsabiqəsi

 “TRİZ Developers Summit” Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi müxtəlif nominasiyalar üzrə müsabiqə elan edir. “TRİZ Kuboku-2019/2020” müsabiqəsində Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri və müəllimləri iştirak edə bilərlər.

Beynəlxalq müsabiqənin əsas məqsədi məktəblilər, tələbələr, müəllimlər, həmçinin mütəxəssislər arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşəyönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir. Müsabiqəyə ingilis və rus dillərində, eləcə də fərdi və komanda şəklində müraciət etmək mümkündür. İştirak üçün layihələr elektron formada qəbul olunur. Layihələrin qəbul olunması üçün son tarix 22 mart 2020-ci ildir.

Layihə üzrə əlaqələndici şəxs- Natiq Əliyev - TRİZ Developers Summit” Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəsi [email protected].

Müsabiqə və nominasiyalar haqqında daha ətraflı məlumatla https://triz-summit.ru/contest/cup-tds-2019-2020/ linki vasitəsilə tanış olmaq mümkündür.

Digər elanlar