BMU alimlərinin 508 məqaləsi elmi jurnallarda dərc olunub

10 Fevral 2020
BMU alimlərinin 508 məqaləsi elmi jurnallarda dərc olunub

Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlarının elmi jurnallarda nəşr olunan məqalələrinin ümumi sayı son 3 ildə  508-ə çatıb. Həmin məqalələrin impakt faktorlu jurnallarda, o cümlədən “Web Of Science” platformasında 56, “Scopus”da 131, digər xarici elmi jurnallarda 108, Azərbaycandakı elmi jurnallarda isə 327-si dərc olunub.

2018/2019-cu tədris ilində elmin kommersiyalaşdırılması və tədqiqatların biznes qurumlarının sifarişinə əsasən həyata keçirilməsi məqsədilə biznes qurumları ilə 30-a yaxın müqavilə imzalanıb. Eyni zamanda, BMU Texnoparkının təşkilatçılığı və BP-nin sponsorluğu ilə “Yeni Fikir” ideya yarışması, eləcə də müxtəlif elmi yarışmalar keçirilib.

Universitetdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsi, universitet büdcəsi ilə yanaşı, respublika və beynəlxalq səviyyəli qrant layihələri, habelə sifarişli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.

Onu da qeyd edək ki, BMU-da doktorantura təhsilinin Avropa standartlarına uyğunlaşdırılması əsas vəzifələrdən biri kimi qəbul edilib və bu istiqamətdə müvafiq işlər davam etdirilir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər