BMU-da 3 həftə ərzində 870 imtahan keçirilib

BMU-da 3 həftə ərzində 870 imtahan keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası öz işini onlayn formada davam etdirir. 4 fakültə üzrə təhsil alan tələbələr üçün 3 həftə (8-25 iyun tarixlərində) ərzində artıq 870 imtahan keçirilib.  Bu imtahanlarda tələbələr yüksək fəallıq nümayiş etdiriblər.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə lazımi texniki tədbirlər yüksək səviyyədə tətbiq edilir. İmtahan nəticəsindən narazı qalan tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə onlayn şəkildə apelyasiya təşkil edilməsi təmin olunub.

Qeyd edək ki, 8 iyun tarixində başlayan yaz semestrinin imtahan sessiyası iyulun 4-də yekunlaşacaq. Onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 1016 imtahan verəcəklər. Belə ki, 623 (61%)  imtahan frontal sorğu şəklində, 393 (39%) imtahan isə test formasında təşkil olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər