BMU-da distant təlimlər davam edir

06 Aprel 2020
BMU-da distant təlimlər davam edir

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti distant təlim baş tutub. İngilis dili öyrənməyin müasir metodları” adlı təlim Kembric Universitetinin CELTA beynəlxalq sertifikatlı müəllimi, təlimçi Orxan Həsənov tərəfindən keçirilib.

Təlimdə ingilis dili öyrənməyin effektiv metodları səviyyə artırılması haqqında ətraflı məlumat verilib, IELTS imtahanına hazırlıq zamanı diqqət ediləsi nüanslar vurğulanıb.

Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

Qeyd edək ki, bundan öncə TEC-in təşkilatçılığı ilə karantin dövündə iki distant təlim təşkil olunub. Mühəndislik, həmçinin Memarlıq və inşaat fakültələrinin tələbələri üçün nəzərdə tutulan “Tədqiqat metodları” adlı ilk təlim Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev tərəfindən keçirilib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Zabitə Teymurlu tərəfindən keçirilən eyniadlı ikinci təlim isə Pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər