BMU-da seminar keçirilib

10 Aprel 2019
BMU-da seminar keçirilib

       Bakı Mühəndislik Universiteti Tələbə Elmi Cəmiyyəti və “Techno Club”un birgə təşkilatçılığı ilə "Kamran Ağayevlə görüş" adlı seminar keçirilib. O, tələbələrə iş həyatında qarşılanan uğursuzluqlar barədə məlumat verib və onlardan necə nəticə çıxarılmalı olduqlarını qeyd edib. Daha sonra IT sahəsi imtahanlarının strukturu, master sertifikatının digər imtahanlardan fərqləri, 2 gün ərzində baş tutan 14 saatlıq praktiki imtahanlar haqqında informasiyaları tələbələrlə bölüşüb. Özünün müəllifi olduğu "Oracle Certified Master 11g Study Guide" kitabının nəşri zamanı qarşılaşdığı problemlərdən söz açıb və gələcəkdə bu sahədə karyeralarını qurmaq istəyən tələbələrə belə problemlərin necə həll edilməli olduğu haqqında təcrübələrini bölüşüb. Hədəfə çatmaq üçün verilən "Hardan başlamalı?" sualının vacibliyini vurğulayıb və hardan başlayaraq uğura gedən yolu tapmağın üsullarından danışıb.  Sonda Kamran Ağayev tələbələrin suallarını cavablandırıb.

Digər xəbərlər