BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda

BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda

Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev, kafedranın müəllimi Nazani Kərimovanın həmmüəllifləri olduğu məqalə “Wiley nəşriyyatının impakt faktorlu  “ChemistrySelect jurnalında dərc olunub.

Construction of New Azogroup Containing Polycyclic Imidazole Derivatives: Computational Mechanistic, Structural, and Fluorescence Studies” adlı məqalə politsiklik imidazolların alınma mexanizmi nəzəri hesablamalar vasitəsilə öyrənilib. Burada hədəf kimi molekulların fluoresens xassələri tədqiq olunub və optioelekronik cihazlarda istifadəsi təklif edilib.

Məqalənin tam mətni ilə https://doi.org/10.1002/slct.202000949 linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, “ChemistrySelect impakt faktoru 1.716 olan və multidisiplinar sahədə fəaliyyət göstərən nüfuzlu kimya jurnallarından biridir.

İctimaiyyətlə əlaqələr şöbəsi

BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda

Digər xəbərlər