BMU ilə Paşa Bank arasında əməkdaşlıq məsələləri müzakirə olunub

23 Yanvar 2020
BMU ilə Paşa Bank arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Paşa Bankın İnsan resursları departamentinin əməkdaşı Orxan Əliyev ilə görüş keçirilib.

Görüşdə BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin müdiri Gülçöhrə İbrahimova, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov, BMU-nun SABAH  qruplarının rəhbəri Sevinc Əliyeva iştirak edib.

Görüş zamanı BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsi, həmçinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələbələri üçün bankda təcrübə proqramlarına qoşulmaq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, BMU tələbələrinin banka ekskursiyalarının təşkili, universitetdə bankın əməkdaşları tərəfindən master-klasların keçirilməsi və mühazirə oxumaları (qonaq mühazirəçi qismində), əmək yarmarkalarında iştirak, memorandumun imzalanması məsələləri geniş müzakirə edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər