BMU-nun Beynəlxalq əlaqələri genişlənir

25 Aprel 2019
BMU-nun Beynəlxalq əlaqələri genişlənir

     Rusiya Federasiyasının İ.T.Trubilin adına Kuban Aqrar Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Polutina Tatyana Bakı Mühəndislik Universitetinin qonağı olub.

     Qonağı qəbul edən universitetin rektoru, professor Havar Məmmədov BMU-nun maddi-texniki bazası və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib. Səmimi qəbula görə rektora təşəkkürünü bildirən qonaq Polutina Tatyana Bakı Mühəndislik Universitetində olmaqdan məmnun olduğunu söyləyib. Görüş zamanı gələcək əməkdaşlıq haqqında  müzakirələr aparılıb və yaxın zamanda iki universitet arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmasının vacibliyi vurğulayıb. Sonda qonaqlar BMU-nun Texnoparkı, maddi-texniki bazası və tədris şəraiti ilə yaxından tanış olublar.

Digər xəbərlər