BMU-nun dosenti Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib

BMU-nun dosenti Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev Abşeron Rayon Polis İdarəsində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra polis polkovniki Elçin Rəcəbov tədbiri giriş sözü ilə açıb.  

Sonra geniş məruzə ilə çıxış edən B.Dədəyev Xocalı soyqırımının XX əsrdə  xalqımıza qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu vurğulayıb. Dosent 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı faciəsini törətmiş olmasına baxmayaraq, Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədiyini sözlərinə əlavə edib. O, çıxışında həmin dövrdəki Azərbaycan rəhbərliyinin qətiyyətsiz və səriştəsiz siyasətinə də toxunub, Xocalıya vaxtında köməklik göstərilmədiyini qeyd edib.

B.Dədəyev 2020-ci il fevralın 15-də keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident cənab İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyini ciddi tarixi faktlarla nəzərə çatdırdığını bildirib. O, dünya ictimaiyyətinin gözü önündə Ermənistanın baş nazirinin məntiqsiz, cəfəngiyyat və yalanla dolu sərsəm iddialarına Prezident İlham Əliyevin iti zəkası və hazırcavablığı, siyasi məntiqi sayəsində tutarlı faktlarla cavab verməsini xüsusi vurğulayıb.

Çıxışının sonunda məruzəçi bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən qanlı qətliamlardandır və xalqımız heç bir zaman Xocalı faciəsini unutmayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

BMU-nun dosenti Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib

Digər xəbərlər