BMU-nun əməkdaşı 20 Yanvar faciəsinə həsr olunan tədbirdə çıxış edib

16 Yanvar 2020
BMU-nun əməkdaşı 20 Yanvar faciəsinə həsr olunan tədbirdə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının  müdiri, dosent Bilal Dədəyev Abşeron Rayon Polis İdarəsində 20 yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Öncə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan polis polkovniki Elçin Rəcəbov bu günün Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib.

Tədbirdə məruzə ilə çıxış edən B.Dədəyev vurğulayıb ki, 20 yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. O, bildirib ki, ən müasir silahlarla silahlanmış sovet qoşunları xalqımızın mübarizə əzmini qıra bilməyib, onun istiqlal ideyaları ilə yoğrulmuş döyüş ruhu qarşısında geri çəkilməyə məcbur olub.

B.Dədəyev 20 yanvar hadisələrindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin cəsarətli fəaliyyətini xüsusi vurğulayıb, həmin qanlı günlərdə Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək M.Qorbaçovun antiimperialist fəaliyyətini kəskin ifşa etməsindən fəxrlə danışıb. O, 20 yanvar hadisələrini xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin ən qürurlu günlərindən biri olduğunu sözlərinə əlavə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər