BMU-nun əməkdaşı beynəlxalq konqresdə iştirak edib

03 Dekabr 2019
BMU-nun əməkdaşı beynəlxalq konqresdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Bilal Dədəyev İranın paytaxtı Tehran şəhərində keçirilən “İranda və İslam dünyasında tibbin tarixi ilə bağlı II Beynəlxalq Konqres”də iştirak edib.

Tehran Tibb Elmləri Universitetinin təşkilatçılığı ilə gerçəkləşən konqresdə B.Dədəyev “Osmanlı dövlətində azərbaycanlı təbiblər (XV-XVI əsrlərdə)” adlı məruzə ilə çıxış edib. O, araşdırmasında 10 azərbaycanlı təbib haqqında arxiv və orta əsrlər dövrünün mənbələri əsasında ətraflı məlumatlar verib.

Qeyd edək ki, beynəlxalq tədbirə bir çox xarici ölkələrin nümayəndələri də qatılıb. Konqresə daxil olan məruzələr elmi toplu şəklində nəşr olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər