BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub

29 Yanvar 2020
BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub

Bakı Mühəndislik Universitetində (BMU) “PASHA Bank Cup” proqramçılar müsabiqəsinin final mərhələsi keçirilib. Yarışmanın sonuncu mərhələsində 38 finalçı iştirak edib.

Final mərhələsində iştirakçılara 4 saat ərzində 8 alqoritmik məsələnin proqramını tərtib etmək və HackerRank platformasında sınaqdan keçirmək tapşırığı verilib. Müsabiqənin nəticələrinə görə üç kateqoriya (peşəkar, tələbə, şagird) üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.

BMU-nun Kompüter mühəndisliyi ixtisasının bakalavr tələbəsi Ülvi Aslanlı tələbə kateqoriyası üzrə I yerə, Nicad Hüseynov II yerə, İdarəetmədə informasiya sistemləri ixtisasının magistr tələbəsi Rəşad Məmmədov isə peşəkarlar kateqoriyası üzrə II yerə layiq görülüb.

Qaliblər PAŞA Bank tərəfindən kubok, medal, sertifikat və qiymətli hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan “PASHA Bank Cup” müsabiqəsinin final mərhələsindən əvvəl təşkil olunan 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər