BMU-nun tələbələri Sumqayıt Elektrik Stansiyasının iş sistemi ilə tanış olublar

26 Aprel 2019
BMU-nun tələbələri Sumqayıt Elektrik Stansiyasının iş sistemi ilə tanış olublar

    Bakı Mühəndislik Universitetinin “Elektroenergetika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri Sumqayıt Elektrik Stansiyasına günlük təcrübə ekskursiyasında olublar. Ekskursiya zamanı müəssisənin direktoru Mahir Xeyirxəbərov və baş mühəndis Hüseynağa Rüstəmov müəssisənin fəaliyəti haqqında tələbələrə ətraflı məlumat verib və elektrik enerjisinin istehsalı prosesilə yaxından  tanış ediblər.

   Qeyd edək ki, ekskursiya, BMU-nun Elektrik enerjisinin istehsalı kafedrasının müəllimi dosent Nəcəf  Orucov və Müəssisələrlə əlaqələr və karyera departamentinin əməkdaşı Vasif Fərəcovun rəhbərliyi ilə təşkil edilib. 

Digər xəbərlər