BMU-nun tələbələrinə Schlumberger şirkətində işləmə imkanı veriləcək

29 Aprel 2019
BMU-nun tələbələrinə Schlumberger şirkətində işləmə imkanı veriləcək

       Dünyanın 85 ölkəsində fəaliyyət göstərən və 100 mindən artıq işçisi olan Schlumberger şirkətinin Xəzər Sahəsi üzrə işə qəbul üzrə meneceri Assel Borasheva Bakı Mühəndislik Universitetinin Müəssisələrlə  Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə Mexanika və Kimya Mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri ilə görüş keçirib. Görüşdə Schlumberger şirkətinin yaranmasından və fəaliyyətindən bəhs edilib. Daha sonra şirkət  yay tətilində tələbələrə yönəlik keçirəcəyi “Yay məktəbi” haqqında  məlumat verib, seçimin birinci mərhələsi aparılıb. İmtahandan muvəffəqiyyətlə keçmiş tələbələr  iyun ayında şirkətə müsabiqəyə dəvət ediləcək. Müsabiqə mərhələsini müvəffəqiyyətlə keçən tələbələr “Yay məktəbi”ndə iştirak hüququ qazanacaqlar.

      Qeyd edək ki, “Yay məktəbi”nə seçilən tələbələrə təhsillərini bitirdikdən sonra Schlumberger şirkətində işləmə imkanı yaranacaq.

Digər xəbərlər