BMU-nun tələbəsi Xocalı faciəsinə həsr olunan tədbirdə iştirak edib

20 Fevral 2020
BMU-nun tələbəsi Xocalı faciəsinə həsr olunan tədbirdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının 4 tələbəsi - Təbriz Zərbiyev, Əlisa Əşrəfli, İlyas Quluzadə və Xəzər Əhmədov Suraxanı rayonu Gənclər və İdman idarəsində istehsalat təcrübəsindədirlər. Onlar təcrübə keçməklə yanaşı, Suraxanı rayonunun ictimai həyatında da fəal iştirak edirlər.

BMU tələbəsi Təbriz Zərbiyev Suraxanı Rayon Gənclər və İdman İdarəsi, həmçinin Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. O, hərbi-vətənpərvərlik musiqiləri ifa edib. 

Qeyd edək ki, tədbirdə Heydər Əliyev Fondu və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filminin təqdimatı keçirilib. İştirakçı gənclərə “İrəli” İctimai Birliyi tərəfindən sosial şəbəkələrdə başladılmış kampaniya barədə məlumat verilib və gənclər bu kampaniyalarda aktiv olmağa çağırılıb. Bununla yanaşı, Xocalı Soyqırımının 28-ci  ildönümü ilə əlaqədar olaraq 7-11 fevral tarixlərində keçirilmiş rəsm müsabiqəsi iştirakçıları da təltif olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər