BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar

19 Fevral 2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi Əsgərə salam aksiyasına qoşulublar. Aksiyanın məqsədi “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.

BMU tələbələri universitetin müxtəlif məkanlarından igid əsgərlərimizə salam göndərərək, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını nümayiş etdiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər