BMU tələbələri “Fevral məruzələri-2020”də mükafatlandırılıb

06 Fevral 2020
BMU tələbələri “Fevral məruzələri-2020”də mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Logistika və nəqliyyat texnologiyaları ixtisasının III kurs tələbələri - Samir Xəlilov, Rüfanə Cəbrayılova və Anar Cəbiyev Milli Aviasiya Akademiyasında keçirilən V Beynəlxalq elmi-praktik Gənclər konfransı - Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı - “Fevral məruzələri-2020”də iştirak ediblər. BMU tələbələri konfransın “Nəqliyyat və logistika” bölməsində təşkil olunmuş “Ustad dərsləri”ndə xüsusi fəallıqları ilə seçiliblər və tədbirin Təşkilat Komitəsi tərəfindən sertifikatla mükafatlandırılıblar.

Sonra konfrans çərçivəsində “Logistika, təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzusunda “Dəyirmi masa” təşkil olunub və sertifikatlar tələbələrə təqdim edilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes nümayəndələri, ali məktəblərin logistika və nəqliyyat sahələri üzrə tanınmış mütəxəssisləri, o cümlədən BMU-nun dosentləri Rauf Məmmədov və Bəxtiyar Namazov iştirak ediblər.

Qeyd edək ki, Logistika və nəqliyyat texnologiyaları ixtisası BMU-da 2017/2018-ci tədris ilində açılıb və bu ixtisas üzrə Azərbaycan və rus bölmələrinə tələbələr qəbul olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər