BMU-ya qəbul olmuş abituriyentlərin onlayn qeydiyyatına başlanılıb

25 Sentyabr 2020
BMU-ya qəbul olmuş abituriyentlərin onlayn qeydiyyatına başlanılıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2020/2021-ci tədris ilində bakalavr pilləsi üzrə qəbul olan abituriyentlərin qeydiyyatı ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq onlayn formada həyata keçiriləcək. Abituriyentlər 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək  onlayn qeydiyyatdan keçməlidirlər.

Onlayn qeydiyyatın aparılması üçün məlumat və tələb olunan sənədlərin siyahısı BMU-nun rəsmi saytında (http://beu.edu.az/az/page/bakalavr-tehsili-40/) yerləşdirilib.           

Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər