Magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib

Magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyası kafedrasının magistr tələbələrinin dissertasiya işlərinin müdafiəsi keçirilib. Mövcud pandemiya və karantin rejiminin tələbləri nəzərə alınaraq magistrantlar hazırladıqları dissertasiya işlərini onlayn müdafiə ediblər.

Müdafiəyə BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, dos. Rauf Məmmədov, Mühəndislik fakültəsinin dekanı, dos. Hüseyn Mirzəyev, dekan müavinləri və kafedra əməkdaşları qatılıb.

Komputer və informasiya texnologiyaları kafedrasının 4 magistr ixtisası üzrə (kompüuter mühəndisliyi-ingilis bölməsi, kompüter mühəndisliyi-Azərbaycan bölməsi, idarəetmədə informasiya sistemləri-ingilis bölməsi, idarəetmədə informasiya sistemləri - Azərbaycan bölməsi) bu il məzun olacaq tələbələri dissertasiya müdafiəsinə qatılıb. Tələbələrin müdafiəsindən sonra qiymətləndirmədə 5 magistr A (əla), 9 magistr B (çox yaxşı), 5 magistr C (yaxşı) qiymət alıb.

Yekun olaraq 2 magistr fərqlənmə diplomuna, 17 magistr adi diploma layiq görülüb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər