Məktəblilər BMU ilə tanış olublar

10 Dekabr 2019
Məktəblilər BMU ilə tanış olublar

Azərbaycan Britaniya Kollecinin şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Ekskursiyanın əsas məqsədi məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək, həmçinin BMU-nun müasir tələblərə cavab verən laboratoriyalarında aparılan təcrübələri yaxından izləmək olub.

Şagirdlərə universitet haqqında geniş  məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Universitetin İKT mərkəzi, Texnoparkı, Kimya, Biologiya və digər tədris laboratoriyalarında olan şagirdlər, eyni zamanda laboratoriyalarda aparılan maraqlı təcrübələri əyani şəkildə izləyiblər.

Kollecin müəllimləri və şagirdləri ekskursiyanın təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər