Novruz bayramı ərəfəsində növbəti xeyriyyə aksiyası keçirilib

10 Mart 2020
Novruz bayramı ərəfəsində növbəti xeyriyyə aksiyası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası Novruz bayramı ərəfəsində növbəti xeyriyyə aksiyası keçirib. Belə ki, Şura tərəfindən universitetin təsərrüfat sahəsində çalışan işçiləri, eyni zamanda bir qisim aztəminatlı ailələrə ərzaq yardımı edilib.

Şuranın sədri Ətrabə Gül yardım olunan şəxsləri qarşıdan gələn bayram münasibətilə təbrik edib. O həmçinin, fəaliyyətə başladığı gündən BMU-nun ictimai-sosial həyatında aktiv rol oynayan Qadınlar Şurasının fəaliyyəti haqqında məlumat verib.  Bildirilib ki, artıq ənənə halını almış bu aksiyalarda Şuranın üzvləri tərəfindən ehtiyacı olan şəxslər müəyyən olunur və onlara lazımi köməklik göstərilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər