“World Net Summit” onlayn konfransı keçiriləcək

11 May 2020
“World Net Summit” onlayn konfransı keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “Net Summit LLC”nin təşkilatçılığı ilə 11-15 may tarixlərində “World Net Summit” onlayn konfransı keçiriləcək.

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu konfransa 15-dən çox ölkəni təmsil edən 50-dən artıq spiker qatılacaq. Tədbir hər gün 2 dəfə olmaqla “World Net Summit”-in “Facebook” və “YouTube” səhifələrində (saat 16:30-18:00 və 19:30-21:00 aralıqlarında) canlı yayımlanacaq.

İnnovasiya ilə bağlı bir çox mövzuların müzakirə olunacağı tədbir özündə 9 fərqli fazanı ehtiva edir. Bunlara “Startup Academy”, “Venture Summit”, “Corporate İnnovation Forum”, “Monex Summit” və “Maintech Forum” kimi tədbirlər daxildir.

Spikerlərin siyahısı, müzakirə olunacaq suallar və tədbirin gündəliyi ilə tanış olmaq istəyən şəxslər veb səhifəsinə (https://worldnetsummit.com) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən şəxslərə hər tədbir öncəsi e-poçt vasitəsi ilə bildiriş məlumatı göndəriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər