Yeni texnologiyaların proqram təminatında istifadəsinə dair seminar

21 Yanvar 2020
Yeni texnologiyaların proqram təminatında istifadəsinə dair seminar

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı və İnnovasiya mərkəzinin, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları” layihəsinin icrasına başlanılır. Layihənin əsas məqsədi trend sayılan Digital Twin texnologiyasının gənclər arasında təbliği, onun yaratdığı geniş imkanların çatdırılması, texnoloji problemlərə innovativ həllərin tapılması, yeni texnologiyalarla gənclərin işləmə qabiliyyətinin formalaşdırılması, ən əsası ölkəmizin sürətlə inkişaf edən sənaye texnologiyasına töfhə verməkdir.

Layihə çərçivəsində texnologiya ilə yaxından maraqlanan, təməl mühəndislik biliklərinə malik tələbələr, sənayedə çalışan gənclər, şəxsi biznesini qurmaq istəyən, startup ilə məşğul olan, yaşı 16-29 aralığında olan gənclər üçün “Digital Twin” texnologiyaları və “Digital Twin” texnologiyasının Matlab proqram təminatında istifadəsinə dair nəzəri və praktiki seminar təşkil ediləcək.

Seminar 27 yanvar tarixində BMU-da, 30 yanvar tarixində Azərbaycan Texniki Universitetində, 31 yanvar tarixində isə Sumqayıt Dövlət Universitetində təşkil olunacaq. Maraqlanan şəxslər 24 yanvar 2020-ci il tarixinədək https://docs.google.com/forms/d/e/1FAIpQLSeNWz0VmIll-r15O1OnRAUh5MuikZVgw6zXXHcmcodM76-NNw/viewform linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçının iştirak edəcəyi seminarın məkanı və tarixi email ünvanı vasitəsilə bildiriləcək. İştirakçı 1 günlük seminarda iştirak hüququ qazanır. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Layihədə iştirak ödənişsizdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər