“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

15 Yanvar 2020
“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir. Müsabiqənin təşkil olunmasında əsas məqsəd tələbələr arasında sağlam rəqabətli mühitin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağın artırılmasıdır.

Müsabiqədə Bakı Mühəndislik Universitetinin II və III kurs tələbələri iştirak edə bilər. Müsabiqəyə qoşulmaqla tələbələr Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək şansı əldə edəcəklər.

Qeyd edək ki, müsabiqəyə qoşulmaq istəyənlər 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə haqqında ətraflı məlumatı www.sabah.edu.az saytından əldə etmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər