“Aqrar İnkişaf Könüllüləri” təşkilatı ictimai birliyi BMU tələbələrini öz sıralarına qoşulmağa dəvət edir!



“Aqrar İnkişaf Könüllüləri” təşkilatı ictimai birliyi BMU tələbələrini öz sıralarına qoşulmağa dəvət edir!

    Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Aqrar İnkişaf Könüllüləri” hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. Yüksək potensiallı gəncləri aqrar sahəyə cəlb etməklə, onların mütəxəssis kimi formalaşmasına dəstək olur.


    Hal-hazırda könüllülər Nazirliyin aparatında, 40-dan çox regionda Dövlət Aqrar İnkişaf Mərkəzlərində, Nazirliyin müxtəlif Elmi-Tədqiqat İnstitutlarında və Bakı şəhərində Aqrar Xidmətlər Agentliyində fəaliyyət göstərirlər. Hər bir könüllü 3 aylıq müddətdə gündəlik 4 saat olmaqla fəaliyyətə cəlb edilir. Könüllülər fəaliyyət zamanı müxtəlif sahələrdə mütəxəssislərdən təcrübə qazanırlar, dövlət xidmətlərinin həyata keçirilməsində mütəxəssislərə kömək edirlər, elektron kənd təsərrüfatı sisteminin və innovasiyaların tətbiqi üçün təbliğat aparırlar və çoxsaylıq aqrar sorğular həyata keçirirlər. Hazırda sıralarımızda 1400-dən çox könüllü toplaşıb.


    Könüllülük proqramı haqqında ətraflı məlumat almaq və bütün suallarınıza cavab tapmaq üçün Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının nümayəndələrinin Universitetimizdə tələbələrimizlə görüşü təşkil olunacaq .Görüş 25.04.2019 tarixi saat 12:00-da əsas binada 128A Seminar salonunda keçiriləcəkdir. Proqram ixtisasından aslı olmayaraq bütün tələbələrə şamil edilir. 
Aqrar İnkişaf Könüllüsü olmaq üçün bu linkə daxil olun : http://www.agro.gov.az/aqrar-nkiaf-knlls-olmaq-n-qeydiyyat
  

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019