«Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər» adlı elmi-praktiki konfrans keçiriləcək



Azərbaycan Respublikası Təhsil Nazirliyi

və Bakı Mühəndislik Universitetinin birgə

təşkilatçılığı ilə

29-30 noyabr 2019-cu ildə

«Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər» adlı

elmi-praktiki konfrans keçirir

Dünyada olduğu kimi ölkəmizdə də Mühəndislik elmləri və ona yaxın digər elm sahələri sürətlə dəyişir və inkişaf edir. İqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsi bütün sferalarda zəruri ehtiyac olaraq qarşımıza çıxır. Bu inkişaf və dəyişikliyə ayaq uydurmaq, problemlərə həll yolu tapmaq və ölkəmizin gələcəyinə töhfə vermək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı konferans keçiriləcəkdir. Bu məqsədlə elmi tədqiqatçıları, mühəndis və texniki elmlər sahəsində mütəxəssisləri öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.

Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən seçilmiş işlər konfransın materialları toplusunda nəşr ediləcəkdir.

                                               Konfransın məqsədi: 

Kompüter Mühəndisliyi, KimyaMühəndisliyi, MexanikaMühəndisliyi, EkologiyaMühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Elektroenergetika, Memarlıq və İnşaat Mühəndisliyi və oxşar sahələrində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sector işçilərini bir araya gətirmək; Aparılan innovative inkişafla əlaqədar yeni araşdırmaları və düşüncələri bölüşmək; Üniversitet-Dövlət-Özəl sector əməkdaşlıqlarını artırmaq və qarşılaşılan problemlərə birgə həll yolu tapmaqdır.

                                      Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:

Kompüter elmləri

Kimya və proses mühəndisliyi

Proseslərin  avtomatlaşdırılması

Elektroenergetika

Təbiət elməri və mühəndisliyin interqrasiyası

Mexanika mühəndisliyi və fizika

Ətraf mühit və ətraf mühitin mühafizəsi

Memarlıq və İnşaat

İnnovasiya və iqtisadiyyat

           Konfransın təqvimi:

04 noyabr 2019-cu il – materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.

Məruzənin qəbul edilməsi haqqında təşkilat komitəsinin cavabının göndərilməsinin son tarixi 15 noyabr 2019-cu il.

18 noyabr 2019-cu il tarixində konfransın proqramı göndəriləcəkdir.

Konfrans haqqında ətraflı məlumatı  beu.edu.az saytından əldə etmək olar.

          Konfransın təşkilat komitəsi:

Sədr: prof. HavarMəmmədov - Bakı Mühəndislik Universitetinin rektoru

Sədr müavini: dos. Elçin Süleymanov - Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru

Elmi katib: Dos. Afər Əlifov

Məsul katib: Dos.VüqarMuradov

Konferansın elmi şura üzvləri:

Dr. Isaac Elishakoff Distinguished Research Professor Department of Ocean and Mechanical Engineering Florida Atlantic University, USA

Professor Natalya D. Vaysfel"d - Head of Department of Mathematical Physics Methods Institute of  Mathematics, Economics and  Mechanics Odessa National Mechnikov University

Dos. Kamran T. Mahmudov, Centro de QuímicaEstrutural, Instituto Superior Técnico, Universidade de Lisboa, Av. RoviscoPais, 1049–001 Lisbon, Portugal

Assoc. prof. Nazim Mir-Nasiri, Swinburne University Melbourne, Australia

M. Kharazi, Department of Mechanical Engineering, Sahand University of Technology, Tabriz, Iran

R.S.Valili, Polytechnic University of Milan, Milan, Italy

AhadMammadov, Seneca College, Lecturer, Toronto, Canada

Akademik Vaqif Abbasov, AMEA-nın Y. Məmmdəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru

Akademik Ramiz Məmmədov, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru

Akademik Məmməd Salmanov, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru

Akademik  Ənvər Nəhmədov, Bakı Mühəndislik Universiteti

Professor Həmzağa Orucov – Bakı Mühəndislik Universiteti tədris işləri üzrə prorektor

Dos. Mənafəddin Namazov – Bakı Mühəndislik Universiteti Xarici əlaqələr üzrə prorektor

Dos. Bayram Hüseynzadə - Bakı Mühəndislik Universiteti Tərbiyə işləri üzrə prorektor

Professor Fərda İmanov, Azərsu-Sukanal ETLİ

Professor Aytac Bədəlova, Milli Aviasiya Akademiyası

Professor Sabir Orucov, Bakı Mühəndislik Universiteti

Professor Sübhan Namazov, AzTU

Professor Ayaz Abdullayev, AzTU

Professor Rasim Əlizadə, AzTU

Professor Niftalı Qocayev, Bakı Mühəndislik Universiteti

Professor Rəvan Rəhimov, Bakı Mühəndislik Universiteti

Dos. Afər Əlifov, Bakı Mühəndislik Universiteti

Dos. Mayıs Əzizov, Bakı Mühəndislik Universiteti

Dos. Elşad Abdullayev, Bakı Mühəndislik Universiteti

Dos. Pərviz Məmmədov, Bakı Mühəndislik Universiteti

Dos. Vüqar Muradov, Bakı Mühəndislik Universiteti

Dos. Yusif Abdullayev, Bakı Mühəndislik Universiteti

Dos. Hüseyn Mirzəyev, Bakı Mühəndislik Universiteti

Dos. Babək Abbasov, Bakı Mühəndislik Universiteti

Dos. PərvizHəsənov, Bakı Mühəndislik Universiteti

Dos. Azər İmamquliyev, Bakı Mühəndislik Universiteti

Dos. Rauf Məmmədov, Bakı Mühəndislik Universiteti

Dos. Rakib Əfəndiyev, Bakı Mühəndislik Universiteti

Dos. Hümbət Əliyev, Bakı Mühəndislik Universiteti

Dos. Elmarİmanov, Bakı Mühəndislik Universiteti

Dos. Baba Qasımov, Bakı Mühəndislik Universiteti

Dos. Rəşailİsmayılov, Bakı Mühəndislik Universiteti

Dos. Elçin Sultanov, Bakı Mühəndislik Universiteti

T.e.d. Fazil Əbilov, Azərsu-Sukanal ETLİ

Dos. İsa Qasımov, Bakı Mühəndislik Universiteti

Dos. Anar Rüstəmov, Bakı Mühəndislik Universiteti

Dos. Nurlana Hüseynova, Bakı Mühəndislik Universiteti

Dos. Azər Əhmədov, Bakı Mühəndislik Universiteti

Dos. Vaqif Məmmədov, Bakı Mühəndislik Universiteti

Dos. Fərhad Şirzadov, Bakı Mühəndislik Universiteti

Dos.Sevda Qəribova-Xəzər Universiteti

Dos. Rafael Hüseynov, Bakı Mühəndislik Universiteti

Dos. NəcəfOrucov, BakıMühəndislik Universiteti

Dr. Arzu Məmmədova,BakıMühəndislik Universiteti

Dr. Röya Nəzərova, Bakı Mühəndislik Universiteti.

 

             Konfransın katibliyi:

Elmi katib: Dos. Afər Əlifov

Məsul katib: Dos. Vüqar Muradov

 

Konfransın iş qrafiki, işçi dillər:

Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, İngilis və Rus dillərində aparılacaq.

 

Konfrans  materiallarının hazırlanma qaydaları:

Materialın həcmi – A4 formatlı 5 səh.-dən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanmalıdır (sağdan, soldan, yuxarıdanvəaşağıdan  25mm olmaqla)

Məruzənin adı- şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0.

Müəlliflər- şrift ölçüsü 12, interval 1,0. Müəlliflərin adı, atasının adı (inisialları) soyada qədər yazılır və probellə ayrılır.

Təşkilatın adı- şrift ölçüsü 12, kursivlə, interval 1,0. Təşkilatların adları arasında nöqtə vergül qoyulur. Müəlliflər müxtəlif təşkilatlardandırsa, bu təşkilatlar nömrələnir (həmmüəllifin adınd ayuxarı indeks, həmdə təşkilatın adında yuxarı indeks).

Elektron poçt ünvanları- təşkilat adlarından sonra, ayrıca sətirdə yazılır. Şrift ölçüsü 12, interval 1,0.

Məruzənin mətni-şrift Times New Roman, şrift ölçüsü 12, interval 1,0. Formullar Equation Editor (Math Type) vasitəsilə yığılır, şrift ölçüsü 12.

Ədəbiyyat siyahısı - nömrələnir, şrift ölçüsü 12, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyaddan qabaq, probelsiz yazılır.

Xülasə - məqalənin öz dili və İngilis dilində.

Açar sözlər - 5-6 söz.

Müəlliflər haqqında məlumat: S.A.A., işyeri və vəzifəsi, elmi adı, elmi dərəcəsi, elmi maraq dairəsi.

Tərtibat qaydalarına uyğun olmayan materiallar qəbul edilməyəcəyək.

Konfransda iştirak etmək istəyənlər məruzənin electron versiyasını elektron poçtla scc@beu.edu.az ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.

Əlaqə ünvanı:

AZ 0101, Xırdalan ş., Həsən Əiyev küç. 120, Bakı Mühəndislik Universiteti

Tel: (+99412) 3499966/67 (1221); (+99412) 3499966/67 (1303); (+99412) 3499966/67 (1307)

E- mail: scc@beu.edu.az

 

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019