Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib



   

    Bakı Mühəndisli Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Park İİN oteldə keçirilən konfrans Azərbaycan, türk, ingilis və rus dillərində aparılıb.

    Konfransa “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti”, “Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri”, “Turizm sahəsi üçün kadr hazırlığı dilləri: Turizmdə informasiya texnologiyalarının tətbiqi dilləri”, “Turizm və hotel təsərrüfatı”, “Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi”, “Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu”, “Turizm sektorunun maliyyə aspektləri” və s. mövzularda 80 məqalə qəbul olunub.

   Açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və konfransın iki universitet tərəfindən birgə təşkil olunmasını elmi baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Ulu öndərin ölkəmizin müstəqilliyinin möhkəmlənməsində və hərtərəfli inkişafında olan müstəsna xidmətləri barədə ətraflı məlumat verən rektor, Onun Azərbaycan elminin və təhsilinin inkişafına olan töhvələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün də ölkə başçısı İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirir. Artıq ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur və aparılan islahatlar sayəsində xalqımızın rifah halı və təhsil səviyyəsi günü-gündən yüksəlir.

    Konfransın işinə uğurlar arzulayan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan iqtisadiyyatının ən vacib sahələrindən olan  turizmin potensialından və bu sahənin inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb. Ulu öndərin sovet ittifaqı və müstəqillik dövründə təhsilin və yerli kadrların hazırlanması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor, yerli universitetlərin birgə təşkil etdikləri konfransların elmin və universitetlərin inkişafına verəcəyi töhvələr barədə tədbir iştirakçılarına məlumat verib.

    Daha sonra çıxış edən Azərbaycan Texniki Universitetinin Elmi işlər üzrə prorektoru İlham Məmmədov konfransın işinə uğurlar arzulayaraq Umummilli lider Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış edib.

    Konfransın plenar iclasında Zuxra Abdraxmanova, professor Rza Mahmudov, i.ü.f.d Şəhriyar Muxtarov və dosent İlqar Seyfullayevin məruzələri dinlənilib.

    Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019