BMU əməkdaşları beynəlxalq sertifikata layiq görülüb



    Bakı Mühəndislik Universitetinin iki əməkdaşı - nəqliyyat sahəsi üzrə mütəxəssisləri dosent Rauf Məmmədov və dosent Bəxtiyar Namazov IRU Akademiyasının müvafiq kurslarını müvəffəqiyyətlə keçərək beynəlxalq menecer hazırlığı aparmağa səlahiyyət verən sertifikata layiq görülüblər. Müəllimlərimiz bu sertifikatlarla təsdiqlənən müasir elmi-praktiki biliklərini öz peşəkar elmi-pedaqoji fəaliyyətlərində səmərəli istifadə edəcək və universitetimizin logistika və nəqliyyat sahəsində yüksək ixtisaslı kadr hazırlığını uğurla təmin edəcəklər.

   Qeyd edək ki, Azərbaycan Respublikasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi sahəsində, daşıma prosesinin asanlaşdırılması və inkişaf etdirilməsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) əhəmiyyətli rol oynayır. ABADA 1993-cü ildən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (BANİ - İRU) üzvüdür və bu sahədə dünyanın bütün beynəlxalq assosiyasiyaları ilə sıx əlaqələr saxlayır. Bu qurum beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən Azərbaycan avtodaşıyıcılarını (hüquqi və fiziki şəxslər) özündə birləşdirir.

    Eyni zamanda ABADA nəzdində həmçinin, peşəkar menecer və sürücülərin hazırlanması üzrə IRU nəzdində olan və müvafiq sahə üçün mütəxəssislərin peşəkar tədrisini təşkil edən IRU Akademiyası ilə sıx əməkdaşlıq edir.

Digər xəbərlər

BMU-nun akademik heyəti ölkəmizdə və xaricdə keçirilən konfranslarda aktiv iştir..
Ətraflı   17-Sep-2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
Ətraflı   17-Sep-2019
BMU-da " Bilik Günü" qeyd olunub
Ətraflı   16-Sep-2019
BMU-da tədris-metodiki iclas keçirilib
Ətraflı   12-Sep-2019