BMU-nun akademik heyəti ölkəmizdə və xaricdə keçirilən konfranslarda aktiv iştirak edir



   16-20 sentyabr 2019-cu il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasının yaranmasının 60 illik yubileyi münasibətilə rəsədxanada beynəlxalq elmi konfrans keçirilir. Konfransda azərbaycanlı alimlərlə birlikdə  10-na yaxın ölkədən 70 alim iştirak edir. 

     BMU-nu bu konfransda fizika kafedrasının professoru Əyyub Quliyev və həmin kafedranın dissertantı Həzi Qasımov təmsil edirlər. Konfransın 1-ci günündə professor Əyyub Quliyevin “Hypothesis of the large planetary body on the periphery of the Solar System” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən  böyük maraqla qarşılanıb. Bu tədqiqat işində professor günəşdən təqribən 350 a.v. məsafədə 10 yer kütləsinə malik 9-cu planetin olması hipotezini irəli sürüb. Alimin  uzun dövrülü kometlər üzərində apardığı  tədqiqatlar və riyazi hesablamalar 9-cu planetin məhz həmin bölgədə olması ehtimalını gücləndirir. Qeyd edək ki, bu sahədə aparılan tədqiqat işi 2019-cu ildə impakt faktoru yüksək olan jurnalda məqalə şəklində çapdan çıxmışdır.

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019