BMU-nun müəllimi Almaniyanın Koblenz Universitetində elmi-pedaqoji fəaliyyəti çərçivəsində beynəlxalq təhsil sərgisində iştirak edib



    Bakı Mühəndislik Universitetinin (BMU) Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Xatirə Yusifova, Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA1 müəllimlərin mübadiləsi proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində 2 aylıq pedaqoji ezamiyyətdədir. O, Almaniyadakı pedaqoji fəaliyyəti ilə yanaşı BMU-nun təbliğat-təşviqatı məqsədi ilə Koblenz Universitetində təşkil olunmuş 1 həftəlik (3-7 iyun 2019) beynəlxalq təhsil sərgisində iştirak edib. Sərgidə dünyanın bir çox universitetlərindən gəlmiş əcnəbi tələbə və müəllimlərə BMU-nun təhsil proqramlarından, maddi-texniki bazasından və iştirak etdiyi layihələr haqqında ətraflı məlumat verən X. Yusifova ölkəmizin mədəniyyəti və adət-ənənlərindən də söz açıb.

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019