BMU tələbələrinin Bank IT Akademiyasında iştirak imkanı!



   Azərbaycan Beynəlxalq Bankı ilə “DAN.IT” təhsil mərkəzi arasında IBA Tech Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb və sentyabrın 9-dan IBA Tech Akademiyasına qəbulun başlandığı elan edilib.

   Akademiyada təşkil olunan intensiv “bootcamp” proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə (FrontEnd, BackEnd) 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər oktyabrın 10-dan Bakıda keçiriləcək. Namizədlər ilk sosial layihə kimi akademiyada təşkil edilən 2,5 aylıq intensiv “bootcamp” kurslarda ödənişsiz qaydada proqramlaşdırmanın əsas istiqamətləri üzrə praktik bilik və bacarıqlara yiyələnəcəklər. 

   18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün aşağıda qeyd edilən akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər:

 www.ibatech.az

   IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.

   IBA Tech Akademiyasında  müraciət zamanı prosedur və qaydalarla tanış olmaq, müraciət zamanı qarşılaşdığınız problemlərlə bağlı ərtaflı bütün suallara cavab tapmaq üçün Sizləri 20.09.2019 saat 13:30 tarixində Bakı Mühəndislik Universiteti /Əsas bina/Akt  Zalında keçiriləcək görüşə dəvət edirik. Gorüşdə Azərbaycan Beynəlxalq Bankı ilə “DAN.IT şirkətinin rəhbərliyi və əməkdaşları iştirak edəcək və tələbələri maraqlandıran bütün suallar cavablandırılacaqdır.

   IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 Sentyabrdır.

 

 

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019