“Carlsberg Azerbaijan” və “Green Baku” BMU-nun ərazisində zeytun ağacları əkiblər



    Novruz bayramı ərəfəsində “Carlsberg Azerbaijan” pivə istehsalı şirkəti “Green Baku” ekoloji təşkilatla birlikdə Bakı Mühəndislik Universitetinin ərazisində zeytun ağaclarının əkimi aksiyasını həyata keçirib. Qeyd edək ki, tədbir “Carlsberg Azerbaijan” şirkətinin Bakıda 50 illik fəaliyyətinə həsr olunub.

   Ağacəkmə aksiyasında Bakı Mühəndislik Universitetinin tələbələri, “Carlsberg Azerbaijan” şirkətinin əməkdaşları və “Green Baku” təşkilatının üzvləri iştirak edib və 200-dən çox ağac əkilib.

   Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov bu təşəbbüsə və ətraf mühitə göstərdikləri qayğıya görə “Carlsberg Azerbaijan”a öz təşəkkürünü bildirib. Öz növbəsində “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsev gələcək nəsillər üçün ətraf mühitin qorunub saxlanması üçün müxtəlif sənayelərin nümayəndələri arasında əməkdaşlığın və birgə işin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, ətraf mühitin qorunması “Carlsberg Group”un fəaliyyətinin tərkib hissəsidir. Belə ki, 2017-ci ildə sözü gedən şirkət "Birlikdə Sıfıra Doğru" uzunmüddətli dayanıqlı inkişaf proqramını hazırlayıb və onun əsas istiqamətlərinə atmosferə karbon tullantılarının azaldılması və planetin su ehtiyatlarının qorunması da daxil edilib.

   Qeyd dək ki, “Carlsberg Azerbaijan” şirkəti həm ekoloji layihələrə, həm də yerli icmalarla qarşılıqlı əlaqəyə böyük diqqət ayırır.

 

 

Digər xəbərlər

BMU-nun müəlliminin iştirakı ilə şagirdlər üçün ehtiyat dərslik hazırlanıb
Ətraflı   19-Mar-2019
İqtisadiyyat və İdarəetmə fakültəsində qrup nümayəndələri ilə növbəti görüş..
Ətraflı   19-Mar-2019
Ən fəal tələbə-könüllülər mükafatlandırılıb
Ətraflı   18-Mar-2019
BMU-da Karyera sərgisi keçirilib
Ətraflı   18-Mar-2019