Coca-Cola şirkətində 12 aylıq ödənişli Menecment Təcrübə Proqramı



Coca-Cola İçecek Azərbaycan şirkəti 12 aylıq Menecment Təcrübə Proqramına start verir.
Təcrübəçilərə şirkət tərəfindən aylıq əmək haqqı ödəniləcəkdir. Bu proqram tələbələrə Gündəlik
Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll
etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, insanlarla yeni əlaqələr qurmaq və iş
həyatında tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı verəcəkdir. Əgər siz də
beynəlxalq şirkətdə peşəkar iş təcrübəsi qazanmaq və parlaq karyera qurmaq istəyirsinizsə  o
zaman bu şansı qaçırmayın.
Proqram haqqında ətraflı məlumat almaq və bütün suallarınıza cavab tapmaq üçün Müəssisələrlə
Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə Coca-Cola İçecek Azərbaycan şirkətinin
nümayəndələrinin Universitetimizdə tələbələrimizlə görüşü təşkil olunacaq.
Görüş 23.04.2019 tarixi saat 15:00-da  əsas binada Akt zalında keçiriləcəkdir. Proqram
ixtisasından aslı olmayaraq bütün sonuncu kurs və ya magistratura dərəcəsində təhsil alan
tələbələr, həmçinin son 2 ildə məzun olmuş gənclərə şamil edilir. Qeyd edək ki, göstərilən
tarixdə keçiriləcək görüş yalnız Bakı Mühəndislik Universitetinin tələbələri və məzunları
üçün nəzərdə tutulmuşdur. Görüşdə iştirak etmək istəyənlərdən aşağıdakı linkə daxil olub
qeydiyyatdan keçmələri xahiş olunur:

 

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019