"Yeni Fikir VI" startap müsabiqəsi əsasında təlim və mentorluq tədbiri keçirilib



   Martın 14-də Sumqayıt Dövlət Universitetində "Yeni Fikir VI" startap müsabiqəsi əsasında təlim və mentorluq tədbiri keçirilib.
    İnnovativ sahibkarlığın inkişafı məqsədilə keçirilən "Yeni Fikir VI" startap müsabiqəsi Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və BP-nin sponsorluğu ilə keçirilib.
    Tədbirdə SDU-nin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov çıxış edərək ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, startap layihələrinin dəstəklənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Startapların dəstəklənməsi istiqamətində görülən işlərdən söz açan prorektor qeyd edib ki, "Yeni Fikir" startap müsabiqəsi (YFM) də innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihədir. Layihənin keçirilməsində məqsəd milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirməkdir. 
    Tədbirdə Bakı Mühəndislik Universitetinin Texnoparkın direktoru və Yeni Fikir Startap Müsabiqəsinin layihə rəhbəri İsa Qasımov, onun köməkçisi Tengiz Ağakişiyev, təlimçi-mentorlar Rəşad Eyvazov, Rəşid Əliyev və Vüsal Kərimli müsabiqənin şərtləri, imkanları, müraciət qaydaları haqqında məlumat veriblər. Tələbələrin suallarını cavablandırıblar.         Qeyd edək ki, müsabiqədə qalib gələcək startapların inkişafı və şirkətləşməsi prosesi də BP-nin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
      Müsabiqə ilə bağlı ətraflı informasiya yenifikir.az veb səhifəsində yerləşdirilib.

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019