“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər”



AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə

həsr olunmuş

“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər”

mövzusunda

IV Beynəlxalq Elmi-Praktiki Konfransa

D Ə V Ə T N A M Ə

03–04 may 2019-cu il

Bakı, Azərbaycan

TƏŞKİLAT KOMİTƏSİ:

Sədrlər:

İlham Mədətov, t.ü.f.d., dosent – Azərbaycan Turizm və Menecment Universitetinin rektoru

Havar Məmmədov, tex.e.d., professor – Bakı Mühəndislik Universitetinin rektoru

Sədr müavinləri:

Hafiz Hüseynov, fəl.ü.f.d., dosent–Turizm biznesi kafedrasının müdiri (ATMU)

Fərid Cəbiyev, i.ü.f.d.–İqtisadiyyat və İdarəetmə fakültəsinin elmi işlər üzrə dekan müavini (BMU)

Üzvlər:

Hüseyn Həsənov–Tədris işləri üzrə prorektor (ATMU)

Elçin Süleymanov, i.ü.f.d., dosent–Elmi işlər üzrə prorektor (BMU)

Bahadur Bilalov, t.ü.f.d., dosent–Turizm və qonaqpərvərlik fakültəsinin dekanı (ATMU)

Mayis Əzizov, i.ü.f.d., dosent–İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı (BMU)

Anar Eminov, i.ü.f.d., dosent–Karyera və kommunikasiya şöbəsinin müdiri (ATMU)

Şəlalə Məmmədova, t.ü.f.d., dosent–Tədqiqat və inkişaf şöbəsinin müdiri (ATMU)

Nəsir Nəsirli, f/r.ü.f.d., dosent–Doktorantura və əlavə təhsil şöbəsinin müdiri (ATMU)

Orxan Musa –Beynəlxalq əlaqələr şöbəsinin müdiri (ATMU)

Ədalət İbadov,i.ü.f.d., dosent–Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri (BMU)

Firudin Sultanov, i.ü.f.d., dosent–Muhasibat uçotu və audit kafedrasının müdiri (BMU)

Elvin Əlirzayev, i.ü.f.d., dosent–Maliyyə kafedrasının müdiri (BMU)

Samir Quliyev, s.ü.f.d., dosent–Beynəlxalq münasibətlər kafedrasının müdiri (BMU)

Nəsimi Kamalov, i.ü.f.d., dosent–Biznesin idarə edilməsi kafedrasının müdiri (BMU)

Şəhriyar Muxtarov, i.ü.f.d,–Dünya İqtisadiyyatı kafedrasının müdiri (BMU)

Novruz Quliyev, p.ü.f.d.–Mehmanxana və restoran biznesi kafedrasının dosenti (ATMU)

Çingiz Gülalıyev, a.ü.e.d.–Turizm biznesi kafedrasının dosenti (ATMU)

Məmməd Sadıqov, c.ü.f.d.–Turizm biznesi kafedrasının dosenti (ATMU)

Həzi Eynalov, i.ü.f.d.–Dünya iqtisadiyyatı kafedrasınındosenti (BMU)

Murad İsgəndərov, i.ü.f.d.–Biznesin idarə edilməsi kafedrasınındosenti (BMU)

Rasim Abutalıbov, i.ü.f.d.–Biznesin idarə edilməsi kafedrasınındosenti (BMU)

Anar Rza, i.ü.f.d.–Biznesin idarə edilməsi kafedrasınındosenti (BMU)

Ağamir Əsgərov, i.ü.f.d.–Mühasibat Uçotu və audit kafedrasınındosenti (BMU)

Xanlar Heydərov, “Dövlət və bələdiyyə idarəetməsi” kafedrasının dosenti (BMU)

Həbibə Soltanova, c.ü.f.d., dosent–Bakı Dövlət Universitetinin Xarici ölkələrin

iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri

Prof. Dr.İrfan Arikan– MC Krems Tətbiqi Elmlər Universiteti (Avstriya)

Prof. Dr. Hasan Kiliç–Doğu Akdeniz Universiteti (Türkiyə)

Vladimir Şalayev, fəl.e.d., prof.–Volqa Dövlət Texnologiya Universiteti (Rusiya)

Larisa Korqanaşvili, i.e.d., prof.–Tbilisi Dövlət Universiteti (Gürcüstan)

Lidiya Bekenova, i.ü.f.d.–Almatı İqtisadiyyat və Statistika Akademiyası (Qazaxıstan)

Mariya Danilenko, i.ü.f.d.–Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti (Ukrayna) 

Katiblik:

Şəmsiyyə Tahirbəyova –Turizm biznesi kafedrasının baş müəllimi (ATMU)

İlknur Tanrıverdi –Dünya iqtisadiyyatı kafedrasının laborantı (BMU)

 

BÖLMƏLƏR: 

  1. Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti;
  2. Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri;
  3. Turizm sahəsi üçün kadr hazırlığı;
  4. Turizmdə informasiya texnologiyalarının tətbiqi;
  5. Turizm və hotel təsərrüfatı.

Qeyd: 1–5 başlıqlara aid məqalələri conference@atmu.edu.az ünvanına göndərilməsini xahiş edirik.

 

6.Turizm biznesinin təşkili və idarə edilməsi;

7.Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi;

8.Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu;

9.Turizm sektorunun maliyyə aspektləri.

Qeyd: 6-9 başlıqlara aid məqalələri conference_tourism@beu.edu.az ünvanına göndərilməsini xahiş edirik.

 

KONFRANS HAQQINDA MƏLUMAT:

Konfrans Bakı şəhərinin hotellərindən birində keçiriləcəkdir.

01.03.2019-cu il tarixinə kimi qeydiyyat formasını dolduraraq və məqalənin

qısa məzmununu (xülasə) elektron poçt (conference@atmu.edu.az 

(1–5 başlıqlar)conference_tourism@beu.edu.az (6–9 başlıqlar)) vasitəsilə göndərməyinizi xahiş edirik.

01.04.2019-cu il tarixinə kimi məqalənin tam mətni (10 sətrə qədər ingilis dilində xülasə və ingilis dilində 5 açar söz də daxil olmaqla) elektron poçt (conference@atmu.edu.az (1–5 başlıqlar)conference_tourism@beu.edu.az  (6–9 başlıqlar)) vasitəsilə göndərməyinizi xahiş edirik.

Konfransın rəsmi dilləri: Azərbaycan, türk, ingilis, rus.

Konfrans üçün təqdim olunan məruzələr PDF formatında təqdim ediləcək və atmu.edu.az və beu.edu.az saytlarında yerləşdiriləcək. 

KONFRANSIN PROQRAMI:

03.05.2019 (cümə)

9.00 – 10.00             İştirakçıların qeydiyyatı

10.00 – 10.30            Konfransın açılışı və qonaqların təbrikləri

10.30 – 11.00            Plenar iclas

11.00 – 11.30            Kofe-breyk

11.30 – 13.00            Bölmə iclasları

13.00 – 14.00            Nahar

14.00 – 15.30            Bölmə iclasları

15.30 – 16.00            Kofe-breyk

16.00 – 16.30            Konfransın bağlanması

 

XARİCİ İŞTİRAKÇILAR ÜÇÜN PROQRAM: 

04.05.2019 (şənbə) – şəhər avtobus turu

Qeyd: Mədəni proqramda iştirak etmək istəyənlər arzularını qabaqcadan bildirməlidirlər.

 

MƏRUZƏLƏRƏ OLAN TƏLƏBLƏR:

Hər bir müəllif konfransa yalnız bir məruzə təqdim edə bilər.

Məruzələr Microsoft Word 2003 və ya daha son versiyada hazırlanmalıdır.

   Məruzələrin maksimum həcmi – 10 səhifə (formula, cədvəl, şəkil, iqtibas, xülasə və açar sözlər daxil olmaqla), sətirlərarası məsafə 1,5 olmalıdır.

   Səhifə aşağıdakı ölçülərdə qurulmalıdır: 

yuxarıdan – 26 mm, aşağıdan –20 mm, soldan – 20 mm, sağdan – 20 mm, kağız ölçüsü – A4.

   Məruzənin başlığı Times New Roman 14, qalın (Bold) şriftlə böyük hərflərlə yığılıb mərkəzdə yerləşdirilməlidir.  Sonrakı sətir boş saxlanmalıdır.

    Akademik vəzifə, elmi dərəcə, müəllifin adı və soyadı Times New Roman 13, qalın (Bold) və maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir.

     Universitet, təşkilat, idarə Times New Roman 13, qalın (Bold) və   maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Sonrakı sətir boş    

saxlanmalıdır.

   İngilis dilində 10 sətrə qədər annotasiya Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

   İngilis dilində 5 açar söz Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır. Sonrakı sətir boş saxlanmalıdır.

   Əsas mətn Times New Roman 12 şriftlə, abzasda 12 mm boşluq buraxılmaqla yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

   Başlıqaltı Times New Roman 12, qalın (Bold) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

   Düsturların rəqəmlə nömrələnməsi mötərizədə (1), (2)... göstərməlidir və səhifənin sağ tərəfində yerləşdirilməlidir.

 Cədvəllərin rəqəmlə nömrələnməsi səhifənin sağ tərəfində yerləşdirilməlidir. Cədvəlin başlığımərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

Əsərdən gətirilən sitat mətnin içərisində yerləşdirilməlidir və onunsəhifəsi göstərilməlidir [5, s. 23].

Ədəbiyyat siyahısındakı ədəbiyyatın sıra sayı rəqəmlərlə göstərilməlidir, Times New Roman, 12 şriftlə yığılmalıdır.

 

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə

həsr olunmuş

“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda

IV Beynəlxalq Elmi-Praktik Konfransda iştirak üçün

QEYDİYYAT FORMASI

 

1.......................................................................................................................................

/ Müəllifin (yaxud müəlliflərin) adı və soyadı /

2.......................................................................................................................................

/ Akademik vəzifə və elmi dərəcə /

3.......................................................................................................................................

Universitet, təşkilat, idarə /

4.......................................................................................................................................

Əlaqə ünvanı, telefon, e-mail /

5.......................................................................................................................................

Məruzənin adı /

6.......................................................................................................................................

Bölmə /

7. Əgər Sizə otel lazımdırsa, konfransın Katibliyinə müraciət edin. Oteldə Sizin üçün yer 2019-cu il mayın 3-ü (cümə) və 4-ü (şənbə) tarixlərində rezervasiya oluna bilər. Bakı şəhərinə gəlmə-getmə, gecələmə və qidalanma xərcləri iştirakçılar tərəfindən ödənilir.

8. Konfransda iştirak üçün doldurulmuş qeydiyyat formasını və məqalənin qısa məzmununu (xülasə) 01.03.2019-cu il tarixinə qədər  conference@atmu.edu.az  (1–5 başlıqlar)conference_tourism@beu.edu.az (6–9 başlıqlar) elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

 

ƏLAQƏ:

Ünvan 1:    AZ 1072, Bakı ş., K.Rəhimov küç., 822–23 məh.

Azərbaycan Turizm və Menecment Universiteti

Turizm biznesi kafedrası

Telefon:     (+99412) 5644233 (daxili – 134)

E-poçt:       conference@atmu.edu.az

Ünvan 2:    AZ0101 Abşeron, Xırdalan ş., Həsən Əliyev küç., 120

 

Bakı Mühəndislik Universiteti

Dünya iqtisadiyyatı kafedrası

Telefon:     (+99412) 3499966 (daxili – 2231)

E-poçt:      conference_tourism@beu.edu.az

 

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019