Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!



Azərbaycan Dillər Universitetində Yaponya səfirliyi tərəfindən Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında “brifinq” keçiriləcəkdir.

      MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramı olub, Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.

     Təqaüd proqramı üçün sənəd qəbuluna aprel ayının sonları start veriləcəkdir.  Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləməyi unutmayın:

https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html

https://www.facebook.com/JapanEmb.Azerbaijan/

      Yaponiya Dövlət Təqaüd Proqramı ilə maraqlanan bütün şəxslər  “brifinqə” dəvətlidir.

    Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqənizi mühafizə ximətinə təqdim etməyi unutmayın.

Tarix: 22.04.2019

Saat: 14:30 – 16:00

Ünvan: Rəşid Behbudov küçəsi 134 (Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı)

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019