AMEA əməkdaşları BMU-nun Texnoparkı ilə tanış olublar



     Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayevin və AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkında olublar.

    BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, BMU-Texnoparkının müdiri Elçin Qurbanov qonaqlara burada həyata keçirilən işlər barədə ətraflı məlumat veriblər.

    Nümayəndə heyəti BMU-nun Texnoparkında fəaliyyət göstərən startaplarla yaxından tanış olublar. Eyni zamanda, gələcəkdə həyata keçiriləcək birgə layihələr barədə müzakirələr aparılıb.

     Xatırladaq ki, ötən gün BMU ilə AMEA-nın bu iki strukturu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi BMU-da fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında və biliklərin yayılmasında maddi-texniki, elmi metodiki və təşkilatı tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparilması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində və müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

         

 

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019