BMU-da DTX-nin əməkdaşları ilə görüş



   Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

   Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru, professor Havar Məmmədov qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. “Tələbələr yüksək səviyyəli mütəxəssis kimi yetişməklə yanaşı, həm də sağlam düşüncəyə malik olmalı, əsl vətəndaş kimi formalaşmalıdırlar” deyən rektor, belə görüşlərin gənclərin ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin mahiyyətini dərindən anlamalarına və düzgün istiqamət götürmələrinə müsbət təsir göstərdiyini qeyd edib.

  Daha sonra çıxış edən DTX-nin əməkdaşı Tural Məmmədov tədbirin təşkil olunmasına görə BMU-nun rəhbərliyinə təşəkkür edib, müəllim və tələbələrə tədris fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev  ölkəmizin təhlükəsizlik orqanlarına rəhbərlik edərkən bu strukturda milliləşdirilmə prosesini həyata keçirmiş,  gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında böyük xidmətlər göstərmişdir.

  Bu gün də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə xüsusi önəm verir.

  Məruzəçi qeyd edib ki, DTX əməkdaşlarının ali təhsil müəssisələrində tələbə-gənclərlə keçirdikləri görüşlər maarifləndirmə məqsədinə xidmət edir. Çıxışda həmçinin xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətləri, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkar fəaliyyətlər mövzusuna da toxunulub.

   Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

                

 

 

 

Digər xəbərlər

BMU-da “İnsan Resurslarının planlanması” mövzusunda seminar keçirilib
Ətraflı   16-May-2019
BMU-nun rektoru Havar Məmmədov gənc fizikləri təbrik edib
Ətraflı   16-May-2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib
Ətraflı   16-May-2019
BMU ilə Odessa Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ətraflı   16-May-2019