BMU-da gənc şairlə görüş keçirilib



    Bakı Mühəndislik Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tural Turanla görüş keçirilib. Görüşdə universitetin müəllim və tələbə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə universitetin müəllimi, istedadlı gənc tənqidçi Ülvi Babasoy açaraq tədbir iştirakçılarına şair Tural Turanın ədəbi yaradıcılığı haqqında məlumat verib və yaradıcılığının məziyyətlərindən danışıb.

     Daha sonra Bakı Mühəndislik Universiteti, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, fil.ü.f.d., dosent Emin Ağayev gənc şairin yaradıcılığındakı bədii ştrixlərdən bəhs edib. Müəllifin şeirləri haqqında fikirlərini səsləndirən E.Ağayev onun ən yeni dövr Azərbaycan ədəbiyyatında digər gənc şairlərdən özünəməxsus üslub xətti ilə fərqləndiyini söyləyib.

     Tədbirdə çıxış edən professor Akif Hüseynli şairin poeziyasından daha çox nəsr yaradıcılığının gələcəkdə böyük ümidlər vəd etdiyini vurğulayıb. Sonra tələbələr müəllifin şeirlərindən nümunələr səsləndirib, şairin şeirləri haqqında fikirlərini bölüşüblər. Görüş maraqlı müzakirələrlə yadda qalıb.

     Sonda şair Tural Turan müəllifi olduğu kitabları tələbə oxucuları üçün imzalayıb. 

 

 

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019