BMU-da İran İslam Respublikasının Şerif Universitetinin nümayəndələri ilə görüş keçirilib



   İran İslam Respublikasının Şerif Universitetinin nümayəndələri professor Vahid Tağıxani və Sarah Javadi Bakı Mühəndislik Universitetində olub. Qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov BMU-nun Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Rektor qonaqlara ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə İranla Azərbaycan dövlətləri və xalqları arasında münasibətlərinin yüksək səviyyədə olmasından, Azərbaycanda yeni sənaye parklarının fəaliyyətindən danışıb. Universitetin fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, uğurları və inkişaf strategiyası barədə ətraflı məlumat verib. 
Professor Vahid Tağıxani təmsil etdiyi universitet haqqında və Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları barədə məlumat verib. Bildirib ki, BMU ilə birlikdə tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar. 
     Sarah Javadi isə əsasən gənc startapçılara dəstək olduqlarını və BMU Texnoparkı ilə bu istiqamətdə görülə biləcək işlər barədə məlumat verib. 
Görüşdə əməkdaşlıq istiqamətlərinin müəyyən olunması üzrə müzakirələr aparılıb və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
    BMU-nun xarici əlaqələr üzrə prorektoru Manafəddin Namazov, Mühəndislik fakültəsinin dekanı Afər Əlifov və Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev qonaqları universitetin texnoparkı və laboratoriyaları ilə tanış ediblər.

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019