BMU-da işçi qrup yaradılıb



 

      Bakı Mühəndislik Universitetinin (BMU) gələcək inkişafının daha da dinamik sürətlə aparılmasını təmin etmək, marketinq fəaliyyətinin sistemli, mütəşəkkil təşkili üçün Elmi Şuranın qərarı ilə marketinq üzrə işçi qrup yaradılıb. 

        İşçi qrupun ilk iclasında Elmi işlər üzrə prorektor, dos. Elçin Süleymanov BMU-nun yarandığı qısa zaman ərzində  bir çox yeniliklərə imza atdığını bildirib. O, işçi qrupun əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsi üçün Elmi Şuraya öz təklif və tövsiyələrini hazırlayacağını qeyd edib.

      İclasda dos. Nəsimi Kamalov BMU-nun təhsil müəssisəsi kimi Azərbaycanda müsbət imicinin formalaşdığını vurğulayıb. O, eyni zamanda  tədris və elmi fəaliyyətin biznes sferasına transferi üçün müəyyən işlərin görülməsinin vacibliyindən, universitetin xidmətlərinin marketinq imkanlarından bəhs edib.

        Sonra işçi qrupun üzvlərinin məsələ ilə əlaqəli fikirləri dinlənilib və müvafiq təkliflər verilib.

    İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bakı Mühəndislik Universitetində BDU-nun 100 illik yubileyi qeyd olunub
Ətraflı   22-Oct-2019
BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib..
Ətraflı   22-Oct-2019
“Proqramlaşdırmanın öyrənmə üsulları” mövzusunda təlim
Ətraflı   22-Oct-2019
NASA-nı təmsil edən planetar elmlər üzrə doktor Ann Verbişer BMU-da mühazirə oxu..
Ətraflı   21-Oct-2019